text
stringlengths
13
2.05k
label
stringclasses
10 values
Amerika fond bazarında Dow Jones indeksi 0,64% - 18 613,52 bəndədək, S&P 500 0,47% - 2 185,79 bəndədək, NASDAQ 0,46% - 5 228,40 bəndədək artıb. "APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,70% - 6 914,71 bəndədək artıb, Fransa CAC-40-ı 1,17% - 4 503,95 bəndədək, Almaniya DAX-ı 0,86% - 10 ...
İqtisadiyyat
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti ucuzlaşıb. Musavat.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,09 ABŞ dolları, yaxud 0,11 % azalaraq 84,05 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal q...
İqtisadiyyat
Fondun prezidenti Əliməmməd Nuriyev qanun layihəsinin hazırlanması zərurətindən danışarkən bildirib ki, indiki situasiyada Azərbaycanda korrupsiyaya qarşı mübarizə əvvləki illərlə müqayisədə daha aktuallaşıb, həm ölkə, həm də beynəlxlaq səviyyədə diqqət mərkəzinə gəlib: “Bu istiqamətdə göstərilən bütün səylərə baxmayar...
İqtisadiyyat
Rusiyanın “Qazprom” neft-qaz konserninin “Türk axını” qaz borusunun dəniz hissəsinin, demək olar ki, yarısını çəkib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller bildirib. “Şirkət Türk axını” layihəsinin dəniz hissəsində artıq 910 km boru çəkib, bu isə ...
İqtisadiyyat
ABŞ Federal Ehtiyat Sistemi (FED) fevralın 22-də keçirdiyi son iclasın protokollarını dərc edib. "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, protokollara əsasən FED Açıq Bazar Komitəsi (FOMC) tezliklə uçot dərəcələrinin artırılacağını, lakin bunun üçün inflyasiya göstəricisinə diqqət edilməsi zəruriy...
İqtisadiyyat
"Brent" markalı Şimal dəniz neftinin 2019-cu ilin yanvar ayı üçün olan fyuçersinin dəyəri 5,89 faiz aşağı düşərək bir barel üçün 65,99 dollar təşkil edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu qiymət Londonun ICE birjasında keçirilən hərraclar zamanı məlum olub. Bu növ neftin qiyməti sonuncu dəfə cari ilin mart ...
İqtisadiyyat
2017-ci ilin I rübündə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-mart ayları üzrə Pul Siyasəti İcmalında qeyd olunub. Sənəd...
İqtisadiyyat
Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra bu ölkə vətəndaşlarının Türkiyənin daşınmaz əmlak bazarına marağı daha da artıb. Ukraynaya hücumm başlayandan Türkiyənin turizm bölgələrinə daşınmaz əmlak almaq üçün axışan rusiyalıların sayı son 2 həftədə daha çox artıb. Musavat.com “Garnet” investisiya şirkətinə istin...
İqtisadiyyat
Prezident İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 22-də İsveçrə Konfederasiyasına işgüzar səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəh...
İqtisadiyyat
Türkiyə bir sıra ölkələrlə valyuta mübadiləsi təminatına dair danışıqlar aparır və bu sırada Azərbaycanla razılığa gəlmələri daha yaxın görünür. “Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə 4 mənbə bildirib. Belə ki, ötən gün Türkiyə Mərkəzi Bankı prezidenti Səhəb Kavcıoğlu bank rəhbərlərilə görüşü zamanı dö...
İqtisadiyyat
Dünən axşam dünyanın ən məşhur kriptovalyutası hesab edilən bitkoinin məzənnəsi rekord səviyyəyə qədər yüksələrək, 2061 dollara çatıb. Virtualaz.org “CoinDesk” portalına istinadən xəbər verir ki, virtual valyuta bu ilin əvvəlindən 100%-dən çox bahalaşıb. Xatirladaq ki, hələ mart ayının sonlarında 1 bitkoin cəmi 891,51 ...
İqtisadiyyat
“Elektron hökumət prinsiplərinə keçməyimiz də korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olacaq. Bütövlükdə çalışmalıyıq ki, nə qədər mümkündür, məmur-vətəndaş təmaslarını aradan qaldıraq. İndi internet vasitəsilə, elektron xidmət vasitəsilə müxtəlif məlumatları da, arayışları da əldə etmək olar. Qeydiyyat məsələlə...
İqtisadiyyat
Amerika fond bazarında Dow Jones indeksi 0,12% - 19 121,60 bəndədək, S&P 500 0,13% - 2 204,66 bəndədək, NASDAQ 0,21% - 5 379,92 bəndədək artıb. "APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,40% - 6 772,00 bəndədək azalıb, Almaniya DAX-ı 0,36% - 10 620,49 bəndədək, Fransa CAC-40-ı isə 0,91%...
İqtisadiyyat
BP qrupunun baş icraçı direktoru Bob Dadli və onu gələn il bu vəzifədə əvəz edəcək Bernard Luni Azərbaycana işgüzar səfər ediblər. “BP-Azerbaijan” şirkətindən “Report”a verilən məlumata görə, onlar dünən Bakıya gəliblər. Azərbaycana səfər proqramı çərçivəsində B. Luni Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. ...
İqtisadiyyat
Rusiyanın Energetika Nazirliyi daxili yanacaq bazarında vəziyyəti sabitləşdirmək üçün bir sıra neft məhsullarının ixracına müvəqqəti qadağa tətbiq edilməsini dəstəkləməyə hazırdır. “Report” ngv.ru saytına istinadən xəbər verir ki, bu bəyanatı Rusiya baş nazirinin müavini Aleksandr Novak verib. “Hazırda bu, hökumətdə mü...
İqtisadiyyat
OPEC təşkilatı 2017-ci ilin IV rübündə ABŞ-ın neft hasilatçıları ilə bazardakı vəziyyəti müzakirə etmək üçün görüşə bilər. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib. M.Barkindo qeyd edib ki, ilk dəfə OPEC tarixində ABŞ neft hasilatçıları ilə dialoqa başl...
İqtisadiyyat
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Trend-in məlumatına görə, martın 14-də qızılın qiyməti martın 13-ü ilə müqayisədə 2,3205 manat azalaraq 1 unsiya üçün 2215,3465 manat təşkil edib. Gümüş 0,1158 manat ucuzlaşaraq 1 unsiya üçün 26,1269 manata bərabər olub. Trend-ə görə, platinin qiyməti 0,595 manat azalaraq 1419,313...
İqtisadiyyat
Hazırda Qaz İxrac edən Ölkələr Forumunun (GECF) qarşısında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) analoqu ilə qaz bazarını tənzimləmək vəzifəsi durmayıb. Forum qaz istehsalçıları və istehlakçıları arasında müzakirə platforması funksiyasını yerinə yetirir. "APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlum...
İqtisadiyyat
Dünya bazarında neftin qiyməti yenə də “oynamağa” başlayıb. “Qafqazinfo”nun Bloomberg-ə istinadən məlumatına görə, hazırda WTI markalı neftin qiyməti düşən templə getsə də Brent neftində vəziyyət əksinədir. Belə ki, Brent markalı neftin bir barrelinin qiyməti 0,14% artaraq 64,07 dollara çatıb. WTI-nin may fyuçersinin q...
İqtisadiyyat
Amerika fond bazarında Dow Jones indeksi 0,99% - 18 212,48 bəndədək, S&P 500 1,01% - 2 147,26 bəndədək, NASDAQ 1,47% - 5 249,69 bəndədək artıb."APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,85% - 6 730,30 bəndədək, Almaniya DAX-ı 0,51% - 10 431,20 bəndədək, Fransa CAC-40-ı 0,07% - 4 373,22 ...
İqtisadiyyat
Bağlananlar arasında ən iri maliyyə institutu “First Bank of Beverly Hills” bankıdır. Onun məcmu aktivləri 1,5 mlrd. dollar, hesablarda olan vəsaitlərin həcmi isə 1 mlrd. dollardır. Bankların bağlanmasının səbəbi Korporasiya tərəfindən sığortalanmış depozitləri üzrə ödəmələrin elan edilməsi olub. Xatırladaq ki, cari il...
İqtisadiyyat
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7565 səviyyəsində formalaşıb. Xatırladaq ki, dolların bu günə olan məzənnəsi 1,7548 manatdır.
İqtisadiyyat
Yaponiyanın “Panasonic” şirkəti cari maliyyə ilinin sonunda (2014-cü il, mart) plazma televizorların istehsalı üzrə biznesi tamamilə tərk edəcək. Bu barədə şirkət nümayəndələri rüblük nəticələri açıqlayan zaman bildiriblər. “Panasonic”in plazma televizorlar bazarını tərk etməsi Cənubi Koreyanın “Samsung” və “LG” şirkət...
İqtisadiyyat
"Layt" və "Brent" markalı neftlər kəskin ucuzlaşdılar."Qara qızıl"ın qiymətlərində azalma müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Layt" markalı xam neftin qiyməti azalıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 47.24 dollar olub. İCE qitələrarası fond birjasında "Bre...
İqtisadiyyat
SOCAR və "Qazprom" şirkətləri Rusiyadan Azərbaycana illik qaz nəqlini 3-5 mlrd. kubmetr artırılması ilə bağlı danışıqlar aparır. "APA-Economics" RNS-ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın Rusiyadakı nümayəndəliyinin rəhbəri Fərid Cəfərov bildirib. Onun sözlərinə görə, hazırda tərəflər arasında bununla bağlı müz...
İqtisadiyyat
İyunun 24-də Bakı vaxtı ilə saat 09:15-da ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,4% artaraq 1 barelə görə 64,71 dollar təşkil edib. "APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında isə iyulda ixrac et...
İqtisadiyyat
Azərbaycan Təhsil Nazirliyi odun yanacağının alınmasına 294 992,83 manat xərcləyəcək. "APA-Economics"in Tender Komissiyasına istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyi 26 fevral tarixində odun yanacağının satın alınmasına dair açıq tender üsulu ilə müsabiqə keçirib. Tender Komissiyasının qərarına əsasən, "Təchiz...
İqtisadiyyat
Tezliklə dünya bazarında neft qiymətlərinin Çin və ABŞ-dan gələn xəbərlərlə əlaqəli 50 dollar/barelə kimi geriləyəcəyi gözlənilir. "Report" xəbər verir ki, Çin hökumətinin 2017-ci il üçün iqtisadi artım proqnozunu son 27 ilin minimal həddi - 6,5%-ə qədər azaltması neftə tələbatın düşəcəyi ehtimallarını artırıb. Xatırla...
İqtisadiyyat
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 4-də 79,74 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,01 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərb...
İqtisadiyyat
Dünya birjalarında neft ucuzlaşıb. "APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,11 dollar və ya 0,23% azalaraq 47,71 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəy...
İqtisadiyyat
“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir ümumi töhfəmiz olacaq”. AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabr...
İqtisadiyyat
"Fitch" beynəlxalq reytinq agentliyi Türkiyənin reytinqi üzrə proqnozu "stabil"dən "neqativ"ə dəyişib. "Report" xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir. Xatırladaq ki, iyulun 22-də Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən sonra "Fitch" ölkənin reytinqini "BBB" səviyyəsindən "BBB-" səviyyəsinə...
İqtisadiyyat
İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri də bildirirlər ki, məhsul istehsalının stimullaşdırılması üçün fermerin sahib olduğu əkin sahəsinə görə subsidiyaların bölüşdürülməsi mexanizmi dəyişdirilməlidir. Qeyd edək ki, hazırda yeganə meyar kimi məhz fermerin sahib olduğu əkin sahəsi götürülür. Ekspertlərə görə,...
İqtisadiyyat
Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizə yaxın artaraq 2 milyard dollara yaxınlaşıb. Musavat.com Gürcüstan Milli Statistika Xidmətinə istinadən xəbər verir ki, Rusiya ölkənin ikinci böyük ticarət tərəfdaşı statusu alıb. Şimal qonşunun Gürcüstanın xari...
İqtisadiyyat
Tədbiri giriş sözü ilə açan birliyin sədr müavini Rövşən Ağayev toplantının məqsədi ilə bağlı məlumat verdi. Daha sonra isə İTY İB-in eksperti Samir Əliyev bələdiyyələr arasında keçirilən sorğunun nəticələrini təqdim etdi. Bildirdi ki, sorğunun aparılmasında məqsəd bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satılması...
İqtisadiyyat
Amerika fond bazarında Dow Jones indeksi 0,27% - 20 663,02 bəndədək, S&P 500 0,37% - 2 365,72 bəndədək, NASDAQ isə 0,73% - 6 055,23 bəndədək bahalaşıb. "APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,89% - 7 436,42 bəndədək, Fransa CAC-40-ı 0,53% - 5 289,73 bəndədək, Almaniya DAX-ı 0,53% - 1...
İqtisadiyyat
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev ötən ay mətbuata açıqlamasında 2010-cu ildə kapitallaşma səviyyəsinin minimal tələbə cavab verməyən bankların birləşməsi məsələsinə baxılacağını bildirmişdi.Mərkəzi Bankın bankların məcmu kapitalına qarşı tətbiq etdiyi minimal tələbnamə 10 ...
İqtisadiyyat
ABŞ-ın xarici dövlət borcu 26 trilyon dollar təşkil edib və beləliklə, rekord həddə çatıb.“Report” SBC-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi bildirib.Qeyd olunub ki, həmin artımın əsas səbəb COVID-19 virusuna qarşı görülən tədbirlərdir.Donald Tramp prezident olandan sonra dövlət borcunun 6 tr...
İqtisadiyyat
2016-cı ilin sonuna ölkədə 21 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, il ərzində ehtiyatların 89,3%-i hasilatın, 9,3%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 1,4%-i isə idxalın hesabına formalaşıb. Təbii qaz ehtiyatlarının 49,6%-i (1 mlr...
İqtisadiyyat
Oktyabr ayı ərzində ən çox bahalaşma ərzaq məhsulları üzrə baş soğan (34,66 faiz), yer xiyarı (21, 40 faiz), qarabaşaq yarması (16,50 faiz), toyuq yumurtası (12,57 faiz), kütüm, sazan, xəşəm (3,32 faiz), ən çox ucuzlaşma yenə də ərzaq məhsullarından xurma (22, 08 faiz), alma (13,89 faiz), lumu (7,33 faiz), göyərti (7,1...
İqtisadiyyat
Azərbaycanda pambıq tədarükünə dair növbəti məlumat açıqlanıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu günə olan vəziyyətə görə, ölkə üzrə 60 min tondan çox pambıq tədarük edilib.Xatırladaq ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
İqtisadiyyat
Ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyada 60-cı yanacaqdoldurma məntəqəsi fəaliyyətə (YDM) başlayıb. Musavat.com xəbər verir ki, “SOCAR" brendli yeni yanacaqdoldurma məntəqəsi Macarıstanla Rumıniya sərhədindəki Bihor regionunda yerləşir. Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən ...
İqtisadiyyat
“Ölkədə bu gün elektrik enerjisinin 92%-i ənənəvi enerji resursundan-təbii qazdan alınır”. Musavat.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov rəsmi mətbuatda dərc edilən məqaləsində qeyd edib. O, bildirib ki, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı isə ümumi istehsalın 8,1%-i həcmi...
İqtisadiyyat
Azərbaycanda ipoteka saxlayanın borc məbləğindən aşağı olan ipoteka ilə yüklü edilmiş əmlakı əldə etdikdə hərrac təşkilatçısının ödəmə mənbəyində vergi tutmaması təklif olunur. Musavat.com xəbər verir ki, bu, “Vergi Məcəlləsində dəyişiklik edilməsi” barədə qanun layihəsində öz əksini tapıb. Təklif olunan dəyişikliyə gö...
İqtisadiyyat
Azərbaycanın iyunda gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edilib. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda iyun ayı ərzində gündəlik neft hasilatı 792 min barrel olub. Bunun 739 min barrelini xam neft, 53 min barrelini kondensat təşkil edib. Gündəlik 622 min barrel xam n...
İqtisadiyyat
Azərbaycanla İranın qarşılıqlı ticarətdə milli valyutadan istifadə etməsi hər iki ölkənin milli valyutasının möhkəmlənməsinə səbəb ola bilər. Bunu APA-ya eksklüziv açıqlamasında İranın Qiymətli Kağızlar və Birja Təşkilatının sədri Şapur Məhəmmədi deyib. "Hər iki ölkənin qarşılıqlı ticarətdə milli valyutalardan istifadə...
İqtisadiyyat
Türk dövlətlərinin yeni nəsil maliyyə tətbiqi olmağı hədəfləyən “Turan” Türkiyədən Azərbaycana saniyələr ərzində komissiyasız pul köçürməyə başladığını açıqlayıb. Türk mətbuatında yer alan xəbərə görə, komissiyasız pul köçürmələri Türkiyədən Azərbaycandakı bütün kartlara aiddir. “Turan” maliyyə tətbiqinin qurucusu və b...
İqtisadiyyat
Ötən il ərzində Azərbaycan əsas on ticarət tərəfdaşı ilə ümumi dəyəri 9,8 mlrd. ABŞ dollarından çox idxal əməliyyatları həyata keçirib ki, bu da illik ifadədə 19,2% çoxdur. "APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycan ən çox Rusiyadan idxal edib....
İqtisadiyyat
İran ərazisində Bakı və Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı iş aparılır. Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. "Çatışmayan 167 km yolun tikintisi üçün kredit ayrılıb. Hazırda kreditin verilmə şərtləri razılaşdırılır. 4-5 aydan sonra tikinti işlər...
İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən musavat.com-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 9-u ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib. Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,79% möh...
İqtisadiyyat
ABŞ-ın Rusiya banklarına tətbiq etdiyi sanksiyalardan sonra Rusiya prezidenti Vladimir Putin ölkənin Qərb maliyyə şirkətlərindən asılılığı zəiflətmək üçün milli kredit kard sisteminin yaradılacağını elan edib. Əsas məqsəd Krımı Federasiya tərkibinə daxil etdiyinə görə ABŞ və Qərbin Rusiyaya tətbiq etdiyi sərt maliyyə ö...
İqtisadiyyat
2015-ci ilin ikinci yarısında neftin qiyməti yüksələcək."Trend"in məlumatına görə, bu haqda bazar günü Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında ekspertlər deyiblər.Onların sözlərinə görə, gələcəkdə neftin qiymətinin aşağı düşməsi gözlənilmir.
İqtisadiyyat
Dünya birjalarında neft bahalaşıb. "APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,70 dollar və ya 1,54% artaraq 46,22 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyə...
İqtisadiyyat
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin fevral müqaviləsinin dəyəri 0.68% artaraq 1 barelə görə 78.78 dollar təşkil edib. "APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevral ayında ixrac etməklə WTI marka...
İqtisadiyyat
Son 24 saat ərzində "Coinmarketcap" birjasında bitkoinin məzənnəsi 11,9 faiz aşağı düşüb və Bakı vaxtı ilə 11:30-a olan vəziyyətə görə, kriptovalyuta 13,96 min dollara ticarət olunur. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hərracın nəticələri deməyə əsas verir. Bununla belə, dekabrın 8-də kriptovalyuta tar...
İqtisadiyyat
Qurumun ekspertləri deyir ki, təklifin artmasına baxmayaraq, tələb stabil qalıb: “Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında artım qeydə alınıb. Lakin bu bağlanan əqdlərin dinamikasının artmasına çox az (0,4%) təsir edib. Ay ərzində bazarda orta qiymət 7 faiz azalaraq 18.250 ABŞ dollarına bərabər olub. Ba...
İqtisadiyyat
Azərbaycanda son 10 ildə 132 dövlət proqramı icra olunub və icra olunmaqdadır. APA-nın məlumatına görə, bunu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov bu gün Bakıda keçirilən “Azərbaycan 2013-2018: yeni hədəflərə doğru” adlı konfransda deyib. O qeyd edib ki, son 10 ildə yoxsulluq 8 dəfə azalıb, 1,2 milyon ...
İqtisadiyyat
Yaxın vaxtlarda Azərbaycanda ölkənin və ümumilikdə Qafqazın ən böyük tikiş fabriki açılacaq.Oxu.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, yeni müəssisə Mingəçevir Sənaye Parkında fəaliyyət göstərəcək.Onun yaradılmasında məqsəd Azərbaycanın hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan olan asılı...
İqtisadiyyat
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,64 dollar və yaxud 3,21% ucuzlaşıb."Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,41 dollara bərabər olub.Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrınd...
İqtisadiyyat
Hesablama Palatası diplomatik nümayəndəliklərin büdcələrinin və dövlətin film çəkilişinə ayırdığı vəsaitlərin xərclənməsinə ciddi nəzarət olunmasını istəyir. APA-nın xəbərinə görə, Palata bununla bağlı parlamentə təkliflər paketi təqdim edib . Palatanın təkliflərində qeyd olunur ki, hökumət son dövrlərdə diplomatik nüm...
İqtisadiyyat
“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 26-27 avqust tarixlərində Belarusa daha 94 min ton neft tədarük etməyi planlaşdırır”. APA xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Əhmədov TASS informasiya agentliyinə açıqlamasında bildirib. "Növbəti neft partiyasının tədarükü ilə bağlı ...
İqtisadiyyat
Mənbənin bildirdiyinə görə, QSC-nin tibb xidmətində yoxlama bir neçə ay davam edib və ciddi maliyyə pozuntuları aşkarlanıb. Məlum olub ki, dəmir yolunun gəlirlərinin bir qismi tibb xidməti vasitəsilə silinir. Bu vəsaitlər hesabına QSC-nin tibb müəssisələrində guya “əsaslı təmir” aparılıb və müasir avadanlıqlar “alınıb”...
İqtisadiyyat
2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb."APA-Economics"in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlam...
İqtisadiyyat
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1216 (+0,32%) təşkil edib Bakı. 3 oktyabr. REPORT.AZ/ Oktyabrın 2-də Amerika fond bazarlarında Dow Jones indeksi 1,23% bahalaşaraq 16 472,37 bənd, S&P 500 1,43% artaraq 1 951,36 bənd, Nasdaq isə 1,74% yüksələrək 4 707,77 bənd təşkil edib. "Report" xəbər verir ki, Av...
İqtisadiyyat
Azərbaycanda 4 ləğv edilmiş bank üzrə ilkin kompensasiyanın həcmi 110,7 milyon manat təşkil edib.Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.
İqtisadiyyat
Bu gün Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə dəyişməyib. "APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən gün olduğu kimi 1,0479 manat olub. Bivalyuta səbətinə dax...
İqtisadiyyat
Yaranmış vəziyyətlə bağlı dünən müəssisənin direktoru Əziz Əzimovla görüşən millət vəkili İkram İsrafil bəzi məsələlərə aydınlıq gətirdiyini söylədi: “Görüş zamanı direktor bildirdi ki, yaranmış vəziyyətlə əlaqədar ciddi səylər göstərir. Əziz müəllim müəssisənin fəaliyyət göstərməsində maraqlıdır. Onun deməsinə görə, h...
İqtisadiyyat
Z.İsmayıl qeyd edib ki, təhsil ocaqlarının regional mənzərəsində ciddi dəyişikliklər baş verib. Onun sözlərinə görə, son 5 il ərzində Azərbaycanda ən çox məktəbin tikildiyi dövr 2005-ci ilə təsadüf edir. 2000-ci illərin əvvəlindən başlayaraq ölkədə məktəb tikintisi vüsət alsa da, 2004-2009-cu illər ərzində Azərbaycanda...
İqtisadiyyat
Dekabrın 25-ə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, 25.12.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, 2018-ci il dekabrın 24-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib
İqtisadiyyat
Azərbaycan Mərkəzi Bankı 14 fevral tarixinə valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan musavat.com-a verilən məlumata görə, fevralın 14-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7301 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi isə 1,8358 manat təşkil edir. 1 türk lirəsi ...
İqtisadiyyat
Bu gün noyabrın 6-sı ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib. "APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 10-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 6-sı ilə müqayisədə 0,00...
İqtisadiyyat
Qeyd edək ki, şirkət rəhbərliyi baş vermiş hadisə ilə əlaqədar alıcılardan artıq üzr istəyib. Şirkət avtomobillərin qaz pedallarında yaranmış problemlə əlaqədar ABŞ, Çin və Avropadan milyonlara avtomobilini geri çağırmaq məcburiyyətində qalıb. Qeyd edək ki, qüsurlu modellər sırasına 2009-2010-cı illərin istehsalı olan ...
İqtisadiyyat
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,6 dollar və yaxud 3,57% bahalaşıb."Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 46,48 dollara bərabər olub.Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında...
İqtisadiyyat
Azərbaycan kimya sənayesi məhsullarının ixracını kəskin artırıb. Musavat.com xəbər verir ki, bu ilin yanvar-sentyabrında xaricə 76 milyon 621.59 min dollarlıq 376 min 533.10 ton kimya sənayesi məhsulları satılıb. Bu, ötən ilin eyni dövründəkindən 204 min 516,1 ton çox deməkdir. Dövlət Gömrük Komitəsinin məlumatına görə...
İqtisadiyyat
Bu gün Avropa İnvestisiya Bankı (AİB) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşasının maliyyələşdirilməsinə 932 mln. avro (1,15 mlrd. dollar) məbləğində kredit ayrılmasını təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat y...
İqtisadiyyat
Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır. APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib. İndiyə ...
İqtisadiyyat
AZƏRTAC-ın 30 noyabr məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 62,39 dollara satılır. London birjasında brent markalı neftin bir barreli 59,67 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 51,49 dollara təklif olunur. Novator.az bildirir ki, “AzəriLayt” 2018-ci ilə 69,89 dollarla start veri...
İqtisadiyyat
Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlarla əlaqədar olaraq, ölkədə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi Vergi Məcəlləsində də bir sıra dəyişikliklərin edilməsini zəruri edir. “Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məcl...
İqtisadiyyat
2020-ci ilin birinci yarısında dünya bazarında neftin qiymətləri 60 dollar/barel ətrafında dəyişəcək. Bunu “Report”a rusiyalı ekspert, Moskva İdarəçilik Məktəbinin eksperti Yekatrina Qruşevenko bildirib. O, neftin qiymətinin dəyişməsi proqnozu ilə bağlı səbəblər arasında dünya iqtisadi artımına dair mənfi proqnozları, ...
İqtisadiyyat
Rusiyanın "İlyuşin Finans" lizinq şirkəti və "Azərbaycan hava yolları" 10 ədəd MS-21 təyyarəsinin tədarükü haqqında memorandum imzalayıb. "Report" "TASS"a istinadən xəbər verir ki, sənəd Azərbaycanın baş nazirinin birinci müavini Eyyub Yaqubov və Rusiya baş nazirinin müavini Dmitri Roqozinin iştirakı ilə imzalanıb.
İqtisadiyyat
Getdikcə iqtisadi vəziyyəti iflic vəziyyətinə düşən Ermənistanda son vaxtlar su və qazla yanaşı ictimai nəqliyyatda gediş haqqının 50 faiz qaldırılması ölkədə boyük narazılıq yaradıb. Musavat.com AzərTAc-a istinadla xəbər verir ki, böhran məngənəsində boğulan Ermənistanda daha bir məhsulun qiyməti qaldırılıb. Çörəyin v...
İqtisadiyyat
Bank Respublika - Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) tərəfindən Ticarətə Yardım Proqramı (The Trade Facilitation Programme, TFP) çərçivəsində 2022-ci il üzrə ticarətin maliyyələşdirilməsi sahəsində “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görülüb. Mükafat EBRD-nin 16 may 2023-cü il tarixində Səmərkən...
İqtisadiyyat
Rusiya OPEC təşkilatına neft hasilatını azaltmayacağını bildirib. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, Rusiya gözlənilən qlobal neft anlaşması çərçivəsində ancaq neft hasilatını donduracağını açıqlayıb."Reuters"ə yaxın mənbələrin verdiyi məlumata görə, oktyabrın 23-də Ər-Riyadda keçirilən Səudiyyə Ə...
İqtisadiyyat
Bir müddət əvvəl qəsəbədə su xətləri və sayğaclar yeniləşdirilib. Proses başa çatandan sonra isə “Azərsu” dağıtdığı həyətləri, yolları yalnız görüntü naminə asfaltlayıb işini bitmiş hesab etmək istəyir. Bu isə haqlı olaraq əhalinin ciddi narazılığına səbəb olur. Seçki ərəfəsində insanları bu şəkildə incitməyin isə bir ...
İqtisadiyyat
2017-ci il dekabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 226,2 milyon manat təşkil edib. Trend-in məlumatına görə, ümumi kredit portfelinin 9 milyard 872,2 milyon manatı və ya 80,7 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditl...
İqtisadiyyat
ABŞ-ın ən böyük silah-sursat istehsalçılarından biri olan “Remington Outdoor Co.” və onun törəmə şirkəti “Remington Arms Company” Alabama əyalət məhkəməsində iflas proseduruna başlanılması barədə iddia qaldırıb. “Report” xəbər verir ki, bu barədə “Bloomberg” şirkətin məhkəməyə verdiyi sənədə istinadən məlumat yayıb. AB...
İqtisadiyyat
Elektrik enerjisinin tariflərinin qaldırılacağı ilə bağlı xəbərlər şayiələrdən ibarətdir. "Report" xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyev bildirib.O qeyd edib ki, bu xəbərləri yaymaqla seçkiqabağı kimsə bundan istifadə etmək istəyir. "Tariflərin qaldırılması gündəmdə deyil".
İqtisadiyyat
Bu ilin aprel ayında Neft İxracatçısı Ölkələrin Təşkilatı (OPEC) neft hasilatını sutkada 484 min barel artıraraq 33,217 mln. barelə çatdırıb. “APA-Economics”in xəbərinə görə, bu barədə “Bloomberg” xəbər verib. Qeyd olunur ki, bu, 1989-cu ildən bəri ən böyük aylıq artımdır. Brent markalı neft aprelin ayının əvvəlindən 2...
İqtisadiyyat
Asiya İnkişaf Bankı (AİB) “Azərbaycan Dəmir Yolları” QSC-yə 200 mln. dollar məbləğində kredit ayıra bilər. “APA-Economics” xəbər verir ki, bunu AİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Manappabekov deyib. “Söhbət Şimal-Cənub nəqliyyat dəhlizinin maliyyələşdirilməsindən gedir. Biz təkliflərimizi “Azərbaycan Də...
İqtisadiyyat
ABŞ Federal Ehtiyat Sistemi (FED) siyasət faizini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu artım 1994-cü ildən bəri ən sürətli faiz artımıdır. Bu barədə "TRT Haber" məlumat yayıb. FED-dən verilən açıqlamaya görə faizin artırılması qərarına 1-ə qarşı 10 nəfər səslə verib. "Kanzas Siti Fed"in sədri E...
İqtisadiyyat
Ermənistana qaz ixrac edən yeganə qurum - Rusiyanın “Qazprom” şirkəti Ermənistanda mavi yanacağın qiymətini qaldırıb. Musavat.com “oxu.az”a istinadən xəbər verir ki, Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının mətbuat xidmətinin məlumatına görə, Ermənistanda təbii qaza yeni tariflər müəyyən edilib. 2022-ci il apr...
İqtisadiyyat
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yola salınan qatar sonuncu stansiyaya çatıb. "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, yük qatarı Mersin şəhər stansiyasına çatıb. Otuz konteynerdən ibarət yük qatarı 1258 kilometrlik məsafəni 30 saata qət edib və 600 ton buğda ...
İqtisadiyyat
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 19-da 55,02 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,56 dollar/barel azdır. Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azər...
İqtisadiyyat
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,2 ABŞ dolları və yaxud 0,31% azalıb. "Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,91 dollar təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dolla...
İqtisadiyyat
"Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında yaranan vəziyyət "Sberbank"a təsir etməyəcək". "APA-Economics" "Prime" agentliyinə istinadən xəbər verir ki, bunu "Sberbank"ın İdarə Heyətinin sədri Aleksandr Morozov bildirib. Onun sözlərinə görə, ABB "Sberbank"ın kontragentidir: "Bizim öhdəliklərimizin həcmi o qədər də iri...
İqtisadiyyat
Azərbaycanda iqtisadçılar tərəfindən ölkəmiz üçün prioritet olan bəzi məhsullarda 18 faizlik əlavə dəyər vergisin azaldılması təklif edilir. İqtisadçılar hesab edir ki, əlavə dəyər vergisinin differensiyallaşdırılması üsulu ilə həm həmin məhsulların qiymətinin ucuzlaşmasına, həmdə həmin sahələrin inkişafına nail olmaq ...
İqtisadiyyat
Xəbəri təsdiqləyən mətbuat katibi qiymət artımının səbəblərini açıqlayıb: “Bütün aviaşirkətlər Azərbaycana uçuş qiymətlərini qaldırdıqlarına görə, biz də məcbur olub qiymətləri artırdıq. Bizdə başqa şirkətlərə nisbətən qiymətlər hələ aşağıdır. Türk Hava Yolları qiyməti 750 manata qaldırıb”. Qiymət artımının bütün ölkəl...
İqtisadiyyat
"Report" tikinti materialları bazarındakı son qiymətləri araşdırıb. Beləliklə,1 noyabr tarixinə "Dərnəgül" tikinti materialları bazarı və “Papanin” körpüsü ətrafında mövcud olan daş bazarında parametrlərindən asılı olaraq armatur, taxta, dikt, DSP, şifer, mismar, qum, alçıpan, plastmas boru, şüşə, sement, daş və kərpic...
İqtisadiyyat
Analitikin fikrincə, Xəzəryanı ölkələrin ümumi problemlərlə üzləşib, amma hər bir ölkədə bu problemləri törədən səbəblər barədə müxtəlif fikirlər var. “Sovet rejiminin son on ilində investisiyalar azaldıqca, Sovet sərhədlərinin cənubunda yeni inqilabçı qüvvələr meydana çıxdıqca Moskvanın regiondakı nüfuzu zəifləməyə ba...
İqtisadiyyat
ABŞ-ın Energetika Nazirliyi Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb "Report" xəbər verir ki, bu barədə ABŞ-ın nazirlik yanında Energetika İnformasiyası Agentliyinin (EİA) "Qısamüddətli energetika proqnozu"nun mart nəşrində deyilir. Bildirilir ki, Azərbaycan 2019-cu ildə orta hesabla gündə 0,78 milyon ...
İqtisadiyyat